Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi – Yeni təyinat

Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib./APA

COP29