!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident məhkumları sevindirəcək” – Əfv Komissiyası toplandı

!Reklam – Yazi

azvision azadliqda yeni (3)Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, iclasda çoxsaylı müraciətlərə baxılıb: “Məhkumların müraciətlərinə baxılıb. Qarşıdakı iclaslarda da proses davam etdiriləcək. Bayramdan sonra yenə iclaslarımız olacaq. Məhkumların müraciətləri diqqətlə öyrənilir, arayışlar hazırlanır və tövsiyə xarakterli qərarlar qəbul edilir”.

Ə.Nuriyev bildirib ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalana bilər: “Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar hazırlanaraq ölkə başçısına təqdim olunacaq. Əfv sərəncamının verilməsi isə prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Sərəncamın Novruz bayramı ərəfəsində imzalanıb-imzalanmamasını deyə bilmərəm. Ümid edirəm ki, ölkə başçısı Novruz bayramı ərəfəsində məhkumları sevindirəcək”.(Azvision)

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv