Prezident Mənsum İbrahimovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Mənsum İsrafil oğlu İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az  xəbər verir ki, sərəncamla Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilib.