Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb. Onların arasında Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər əfsanəvi boksçular olub.