Prezident məşhur rəssamı təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salxab İsa oğlu Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

O, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.