Prezident nazir müavinlərinə vəzifə verdi – SİYAHI

1439194901Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayb.

Sərəncama əsasən, qurumda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

Nümayəndə heyətinin rəhbəri:

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Nümayəndə heyətinin üzvləri:

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Namiq Əsgərov – Azərbaycan Respublikası Baş prokurorunun müavini.