Bu dəqiqələrdə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
İclasın keçirilməsində məqsəd hökümət üzvləri ilə ölkədəki mövcud iqtisadi vəziyyətin müzakirə edilməsidir.
İclasda prezident İlham Əliyevin məruzə ilə çıxış edəcəyi gözlənilir.
Bundan əlavə, maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və digər hökumət üzvlərinin də çıxış edəcəyi bildirilir(aznews).