Prezident ölkədə 8 günlük matəm elan edib

49147Ekvadorda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 8 günlük ümummilli matəmi elan edilib.

“Report”un məlumatına görə, bu barədə ölkə prezidenti Rafael Korrea bildirib.

Ekvador prezidenti həmçinin dövlət strukturlarına, ölkənin silahlı qüvvələrinə, yerli hakimiyyət orqanlarına böyük miqyaslı faciədəki həmrəyliklərinə görə minnətadarlıq edib.
Xatırladaq ki, Ekvadorda baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 654 nəfərə çatıb.