Prezident onlara yüksək vəzifə verdi – 2 SƏRƏNCAM / FOTOLAR

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.