Prezident onları təltif etdi – SİYAHI

97428Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Abbasov Niyaz İsaq oğlu
Həsənov Həsən Çingiz oğlu
İsmayılov Füzuli Cahangir oğlu
Qədimov Anar Vahid oğlu
Musayeva Samirə Paşa qızı
Sadıqova Ülfət Məhərrəm qızı
Səfərov Mehman Elxan oğlu
Turabov Nazim Soltan oğlu.

Bundan başqa rezident İlham Əliyev Vəli Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.