Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin martın 12-də imzaladığı sərəncamla Samir Poladov ANAMA İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Onu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim edib.