Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi

Milli Məclisin deputatı Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.