Reklam

Reklam

107936_res_01Tanınmamış “Dnestryanı respublika”nın “prezidenti” Yevgeni Şevçuk bu “respublika”nın “xarici işlər naziri” ilə evlənib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, “nazir” Nina Ştanski bu yaxınlarda öz səlahiyyətlərini dayandıracağını bəyan edib. Bu barədə tanınmamış respublikanın “prezidenti” açıqlama verib.

Y.Şevçuk “Dnestryanı Moldova respublikası”nın yaradılmasının 25 illiyinə həsr olunmuş mətbuat konfransında bəyan edib ki, N.Ştanski bundan sonra “onun həyat yoldaşı funksiyalarını yerinə yetirəcək”.

“Dnestryanı respublika”nın XİN başçısı vəzifəsinə kimin təyin olunacağı hələ bəlli deyil.

Y.Şevçuka gəlincə isə onun rəsmi tərcümeyi-halında ailə vəziyyəti qrafasında “evli deyil” yazılıb. N.Ştanskinin bioqrafiyasının müvafiq qrafasında isə “qızı Yananı tərbiyə edir” qeydi olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."