Prezident özünü həm də nazir təyin etdi – Filippində

Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.

Yenicag.az xəbər verir ki, bunu F.Markos iyun ayının 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.

O bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir.