Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən ölkə başçısı, baş nazir və müxtəlif dövlət strukturlarında çalışın işçilərin əmək haqlarının 10% azaldılması barədə qərar 2016-cı ildə də qüvvədə qalacaq.
Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mart ayının birindən etibarən öz maaşını 10% azaldıb. Elə həmin vaxt Putin Kreml Administrasiyasında maaşların azaldılması barədə qərar qəbul edib.
Rusiya Dövlət Dumasının cari ilin dövlət büdcəsinin tənzimlənməsi üçün deputatların maaşlarının azaldılması ilə bağlı Putinə müraciət edəcəyi gözlənilir(Azvision).