!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Pirverdiyevi susdurdu: “Utanmalısınız” - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı bunları söyləyib:

“Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”.

Prezident İlham Əliyev qeyd edib ki, xarici ölkələrə elektirik enerjisi ixrac edilir: “Ona görə də, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbələrini komissiya araşdıracaq. Qəzanın araaşdırılması məqsədi ilə komissiya yaradılıb”.

Üzünü məmurlara tutaraq siz sadəcə olaraq xalq, ölkə qarşısında utanmalısınız, deyən İlham Əliyev bildirib ki, isti havalarda insanlara əziyyət vermisiniz:

“İqtisadiyyata böyük ziyan vurmusunuz. Təkcə neft şirkətinə dəyən ziyanı hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəydiyini görərik. Bu sahəyə külli miqdarda investisiya ayrımışam. Dövlət investisiya proqramında hər il böyük vəsait ayrılır. Yeni elektirik stansiyaları tikilir, Şimal-2 elektirkk stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə, ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, bölgələrdə istifadəyə verilmiş elektirik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunu izahatını verməlisiniz. Havalar isti keçir, istehlak artıq kimi hesabat məni qane edə bilməz”.

www.yenicag.az

3134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv