Prezident Qəbələdə yol tikintisinə pul ayırdı

812687eb3f7b7ceea18fe4d5c1e34a3bPrezident İlham Əliyev avqustun 11-də “Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.