Prezident “Qızılbaş” Gəncləri Maarifləndirmə İB-nin sədrini təltif etdi – FOTO

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı prezident İlham Əliyev tərəfindən təltif edilib.

Yenicag.az xəbər verir ki, Natəvan Abbaslı noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif edilib.

Təltifə görə prezident İlham Əliyevə təşəkkür edən Natəvan Abbaslı bildirib ki, rəhbəri olduğu ictimai birlik hər zaman ölkə başçısının siyasətini dəstəkləyir və fəaliyyətini mövcud siyasi kursu təməl alaraq davam etdirir:

“COP29-la bağlı ölkə xaricində bir neçə konfrans keçirdik, Azərbaycanın bu beynəlxalq tədbirə necə hazırlaşdığı və hansı işlər görüldüyü barədə geniş təbliğat apardıq. COP29 başladığı zaman isə başda Azərbaycana qarşı Qərb dairələrinin apardığı dezinformasiya siyasəti olmaqla, bir çox həqiqətlərin dünya ictiamiyyətinə çatıdırılması istiqamətində işlər gördük. Sevindiricidir ki, cənab prezident fəaliyyətimizə belə yüksək dəyər verib. Bir daha cənab prezident İlham Əliyevə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.