Prezident Rafiq Nəsirova ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq rəssamı Rafiq Nəsirova bir müddət əvvəl ev hədiyyə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Manşet.az-a xalq rəssamı özü danışıb.

“Ümummilli lider Heydər Əliyev mənə əməkdar rəssam, İlham Əliyev isə xalq rəssamı adı verdi, sonra Prezident təqaüdü, nəhayət, ev hədiyyə etdi. Allah onun canını daim sağ eləsin. Bizim üstümüzdən əskik olmasın. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. 150 kvadratmetr sahəsi olan üçotaqlı evdir, Yasamalda yerləşir. Bir daha Prezident İlham Əliyevə təşəkkür edirəm”, – R.Nəsirov deyib.