Xəbər verdiyimiz kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
Yenicag.az-ın məlumatına görə, sentyabrın 19-da Prezident İlham Əliyev yüksək dövlət mükafatını – 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.