Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
XİN rəhbəri Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Danışıqlarda ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə olunacağı gözlənilir.
Bu kontekstdə iki ölkə arasında 15 milyard ABŞ dolları məbləğində ümumi ticarət dövriyyəsinə nail olmaq üçün atılacaq addımlar və bütün sahələrdə, xüsusilə turizm, səhiyyə, təhsil, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə toxunulacaq.
Fidanın həmkarı Ceyhun Bayramovla regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı deyilir. /unikal