Prezident sarayından insan sümükləri tapılıb

1404841887_23391900-300x193Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb, oxu.az AFP-yə istinadən xəbər verir.

“İki kəllə və insan sümükləri tikinti işləri zamanı prezident iqamətgahının mətbəxində aşkar edilib”, – məlumatda deyilir.

Ölkə prezidenti Əşrəf Qani Əhmədzay tapıntının öyrənilməsi üçün məhkəmə tibbi ekspertiza işçiləri, Əfqanıstan komissiyasının üzvləri və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.