Növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanlarının sayı məlum olub.
Namizədlərə ödənişsiz efir vaxtının ayrılacağı İctimai Televiziya həm də ödənişli təşviqat təklif edir.
Ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən həmin media orqanlarının siyahısı artıq MSK-nın saytında yerləşdirilib./apa