Prezident səfirlərin etimadnaməsini qəbul edib

14774669Prezident İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin də etimadnaməsini qəbul edib.