!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident şəhid ailələrinə diqqət göstərir, məmurlarımız isə... - Deputatlardan qurumlara tənqid

!Reklam – Yazi

Bu gün Milli Məclisin plenar iclasında şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi məsələsinə toxunulub.

Yenicag.az xəbər verir ki, millət vəkili Fazil Mustafa məsələ ilə bağlı çox saylı şikayətlər olduğunu deyib.

Fazil Mustafanın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” xeyli sayda insana “yox” cavabı verib:

“İki qurum cavab olaraq da göstərib ki, “yox” dedikləri şəhid ailələri 90-cı illərdə o zamanın pulu ilə 50 min manat müavinət alıblar. Ona görə də, həmin şəhid ailələrinə birdəfəlik 11 min manat verilməməlidir. Buna görə də, şəhid ailələri arasında çox ciddi narazılıq yaranıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta” problemi Milli Məclisə yönləndiriblər. Bu gün də deputatlarla görüşmək üçün 50-ə yaxın şəhid ailəsinin nümayəndələri Milli Məclisin qarşısına gəlmişdi. Onlarla görüşdüm. Dövlətimiz, prezident şəhid ailələrinə diqqət göstərir, qiymət verir, məmurlarımız isə bu məsələlədə dövlətə düzgün xidmət göstərmirlər. Qurumlar şəhid ailələri arasında fərq qoyurlar”.

Fazil Mustafanın səsləndirdiyi fikrə həmkarı Zahid Oruc da dəstək verərək bildirib ki, konkret olaraq 4 800 şəhid ailəsinə “yox” cavabı verilib:

“Şəhid ailələri həssas təbəqədir. Qurumların bu cür fəaliyyəti yaxşı nəticələr verməyəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün sərəncam imzalayıb.

www.yenicag.az

7394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv