!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident sərəncam imzaladı

!Reklam – Yazi

xzcxzcxcPrezident İlham Əliyev “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanının 5-ci hissəsində “zolaqları,” sözündən sonra “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə, o cümlədən” sözləri əlavə edilsin.

Qeyd edək ki, fərmanın 5-ci hissəsi dəyişiklikdən əvvəl aşağıdakı kimi idi:

“Nəzərə alınsın ki, torpaq sahələrinin ayrılması və tikintiyə icazə verilməsi zamanı ekoloji və sanitar normalara, mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqları, binalar arasında məsafələrin gözlənilməsi barədə mövcud texniki normativlərə və müvafiq ərazilərin şəhərsalma sənədlərinə əməl edilməməsinə görə yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri məsuliyyət daşıyırlar”.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv