Prezident Sevda Ələkbərzadəyə ev verdi

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar artist Sevda Ələkbərzadəyə ev hədiyyə edib.

Yenicag.az xəbər verir ki, bu barədə müğənni 1nyus.az-a açıqlamasında deyib.

“Cənab Prezident İlham Əliyevə bu böyük hədiyyəyə görə təşəkkürümü bildirirəm. Diqqətə və yaxın günlərdə 30 illiyini qeyd edəcəyim yaradıcılıq fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə çox sağ olun”, – Ələkbərzadə bildirib.