Prezident silahla meydana girdi: Yunanıstan futbolunda şok olay – VİDEO

Yunanıstan çempionatında növbəti dəfə qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, PAOK – AEK matçında meydan sahiblərinin son dəqiqədə vurduğu qol sayılmayınca PAOK-un prezidenti İvan Savvidis belində silahla meydana girib.

O, futbolçulara meydandan çıxmağı tapşırmaqla yanaşı, hakimə “sən öldün” deyərək hədələməkdən də çəkinməyib.