Prezident “Şöhrət” ordeni verdi

ilham_ali_y_seren7Prezident İlham Əliyev Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilsin.

Digər Sərəncamla Prezident Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzovu “Tərəqqi” medalı ilə təltif edib.