Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edir – YENİLƏNDİ

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans işə başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

***

10:56

May ayının 3-də Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Yenicag.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək.

Məlumata görə, 4-cü beynəlxalq konfrans “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” mövzusuna həsr olunub.