Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılsın”.
***
Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, yeni rektor mərhum yazıçı Vidadi Babanlının yaxın qohumudur.