Prezident Tbilisi prospektində görülən işlərlə tanış olub – FOTO

Prezident İlham Əliyev Şəfayət Mehdiyev küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.