Prezident təbrik etdi

de6bcf7fc8baPrezident İlham Əliyev Qırğızıstan prezidenti Almazbek Atambayevə məktub göndərib.

Yenicag.az xəbər verir ki, İlham Əliyev göndərdiyi məktubda Almazbek Atambayevi ölkənin müstəqillik günü münasibətilə təbrik edib. O, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib. Məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti”