!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident tədbirlər planını təsdiq edib

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sənəd Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli sərəncamına uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv