Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dövlətimizin başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Sonra Prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.