Prezident terrorçularla danışığa gedir

Əfqanıstanın prezidenti Əşrəf Qani xalqa müraciət edib.

Yenicag.az xəbər verir ki, o, müqəddəs Ramazan ayı münasibətilə əhalini təbrik edib.

Müraciətdə ən diqqət çəkən məqam isə Qaninin “Taliban” terror təşkilatına sülh çağırışı olub.

O bildirib ki, heç olmasa Ramazan ayı müddətində atəşkəs olsun və qan tökülməsin.

Qani həmçinin qeyd edib ki, o və hökuməti Əfqanıstanda sülh prosesinin müsbət şəkildə sonlanması üçün səylərini bundan sonra da davam etdirəcək.