Prezident türk dövlətlərinin Azərbaycana dəstəyindən danışdı

Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırladıb.