!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Türkiyə ilə Rusiya arasındakı gərginlikdən danışdı

!Reklam – Yazi

2478cf092359eb65c3d1b0bd769ef82aAzərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İ. Əliyev M. Çavuşoğlunu xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

“Çox şadam ki, siz ilk səfəri Azərbaycana edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”, – deyə prezidenti qeyd edib.

Dövlət başçısı bildirib ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərib. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan prezident ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.

Öz növbəsində, M. Çavuşoğlu xarici işlər naziri olaraq vəzifəyə təyin edildikdən sonra ilk səfərini qardaş Azərbaycana etməkdən, ənənələri davam etdirməkdən böyük qürur duyduğunu vurğulayıb.

“Sizi də 1 noyabr parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm. Eyni gündə həm Türkiyədə, həm də qardaş Azərbaycanda seçkilər keçirildi. Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım. Bu münasibətlə Sizi təbrik edirik”, – deyə Türkiyə XİN başçısı qeyd edib.

Prezident İlham Əliyevin G20-nin Zirvə toplantısında iştirakından qürur hissi keçirdiyini deyən M. Çavuşoğlu dövlətimizin başçısının bu cür mötəbər tədbirdə beynəlxalq məsələlərlə bağlı söylədiyi dəyərli fikirləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan belə toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirib. M. Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib.

Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd etdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv