!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident üçün əhalinin sosial rifahının yaxşılaşdırılması başlıca prioritetdir”

!Reklam – Yazi

“Prezident İlham Əliyevin ötən ilin ikinci yarısından etibarən sosial sahədə bir sıra inqilabi addımlar atması, cəmiyyəti kifayət qədər məmnun edən sosial açılımların həyata keçirilməsi də bütün bunların əyani sübutu idi”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Hilal” təşkilatının sədri  Arzuman Abdulkərimov deyib.

Həyata keçirilən uğurlu siyasət kursu və müxtəlif sahələri əhatə edən islahatlar, sistemli və ardıcıl şəkildə reallaşdırılan layihələr Azərbaycanın inkişafına bir qədər də təkan verir, onu dünyanın aparıcı ölkələri ilə eyni sırada qərarlaşdırır. Bu reallığı təkcə biz deyil, eləcə də beynəlxalq təşkilat və qurumlar da təsdiqləyir, ölkəmizin inkişaf dinamikasını təqdir edirlər.

Azərbaycanda əksər sahələrdə qeydə alınan inkişaf və tərəqqini, onun aydın mənzərəsini rəsmi statistik rəqəmlərdən də aydın görə bilirik. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi sahəyə həsr olunmuş müşavirədə ayrı-ayrı nazirlik və komitə rəhbərlərinin iqtisadi və sosial sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlar, həmçinin mövcud statistika ilə bağlı açıqladıqları rəqəmlər də onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir vəı bu inkişaf sosial həyatımızın bütün istiqamətləri, sahələrinə sirayət edir. Sözügedən müşavirədə dövlət başçısının çıxışından aydın oldu ki, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Dövlət başçısının fikirlərindən aydın oldu ki, ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir: “Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır. Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artıb”.

Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirəyə diqqət çəkən “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimovun sözlərinə görə, müşavirənin sosial-iqtisadi sahəni əhatə etməsi bir daha onu təsdiq etdi ki, Cənab Prezident üçün əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, bu sahədə mövcud olan problemlərin həlli başlıca prioritetdir: “Elə Prezident İlham Əliyevin ötən ilin ikinci yarısından etibarən sosial sahədə bir sıra inqilabi addımlar atması, cəmiyyəti kifayət qədər məmnun edən sosial açılımların həyata keçirilməsi də bütün bunların əyani sübutu idi. Qeyd etdiyimiz sahədə nə qədər müsbət işlər görülsə də, dövlət başçısı bunlarla qane olmaq istəmir, Azərbaycan vətəndaşının, Azərbaycan insanının daha yaxşı, daha təminatlı yaşaması üçün zaman-zaman müəyyən addımlar atır. Cənab Prezident dəfələrlə sadə xalq kütlələri, ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlərdə bildirib ki, vətəndaşların daha yaxşı yaşaması üçün maksimum dərəcədə çalışılır”. Arzuman Abdulkərimovun sözlərinə görə, ötən ilin sonlarından və cari ilin əvvəllərindən ölkədə maaş və pensiyaların, təqaüdlərin artırılması, minimum əmək haqqının 250 manat çatdırılması, ən əsası uzun müddətdir müzakirə və mübahisə predmeti olan problemli kreditlərin həlli, şəhid ailələri və onlara bərabər tutulan şəxslərə birdəfəlik yardımın göstərilməsi ilə bağlı atılan addımlar və s. əhalinin sosial rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərən amillərdən idi. Təşkilat sədri onu da vurğulayıb ki, dövlət başçısının müşavirədə diqqət çəkdiyi əsas sahələrdən biri də kənd təsərrüfatı idi və bu ilin müvafiq dövrünə nəzər saldıqda bu sahədə inkişafın baş verdiyini açıq-aşkar görürük: “Təbii ki, burada da dövlət tərəfindən həm bu sahəyə diqqət və qayğının artması, həm də peşəkarlıq səviyyəsinin artırılması mühüm rol oynayır. Bundan başqa kənd təsərrüfatının inkişaf etdirilməsində əsas faktorlardan biri fermerlərə göstərilən diqqət və qayğıdır ki, Azərbaycanda da bu yüksək səviyyədədir. Dövlətin fermerlərə güzəştli şərtlərlə kreditlər verməsi onları daha məhsuldar işləməyə sövq edir. Bundan başqa artıq fermerin istehsal etdiyi kənd təsərrüfatı məhsulunun sahədə batıb xarab olacağı kimi dərdi yoxdur. Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumlarının paytaxt da daxil olmaqla respublikanın şəhər və rayonlarında təşkil etdiyi kənd təsərrüfatı məhsullarının yarmarkası fermerin, kəndçinin əkib-becərdiyi məhsulu asanlıqla bazara, istrehlakçıya çatdırmasına şərait yaradır”.

Təşkilat sədri qeyd edib ki, müşavirədə bir daha aydın oldu ki, Cənab Prezident cəmiyyəti narahat edən ən xırda məsələni belə diqqətdə saxlayır, onun həlli üçün ciddi siyasi iradə ortaya qoyur: “Cənab Prezidentin istər Özünəməşğulluq Proqramı, istərsə də DOST Məərkəzinin fəaliyyəti ilə bağlı nazir Sahil Babayevdən bir-bir məlumat alması, bu istiqamətdə görülən işlərlə maraqlanması dövlət başçısının sosial sahəyə nə qədər həssas yanaşdığının təsdiqi idi. Müşavirədə bir məqam da xüsusi diqqətimi çəkdi. Belə ki, Cənab Prezident paytaxtda küçə işıqlandırılmasının lazımı səviyyədə olmadığını bildirdi. Dövlət başçısı “Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir” deməklə bir daha xalqın, cəmiyyətin mövqeyi, fikirlərinə xüsusi həssaslıqla yanaşdığını, ölkədə baş verən hər bir hadisədən məlumatlı olduğunu təsdiqlədi. Qeyd edim ki, son həftələr sosial şəbəkələrdə, dövrü mətbuatda küçələrin işıqlandırılmasında bəzi problemlərin olduğu qeyd edilirdir. Cənab Prezident müşavirədə bu məsələyə toxunmaq və ciddi tapşırıqlar verməklə cəmiyyəti narahat edən hər bir məsələdən agah olduğunu, onun həlli istiqamətində çalışdığını ortaya qoydu”./Olaylar.az/

www.yenicag.az

2921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv