Prezident Ukraynadan təxliyə ilə bağlı TAPŞIRIQ VERDİ

Prezident İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar vətəndaşlarımızın daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

“Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindənəlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Ukraynanı tərk edən Azərbaycan vətəndaşları ölkəmizə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər”, deyə məlumatda bildirilib.

COP29