Prezident Ukraynaya səfir təyin etdi

13479354_1112398102116677_1452000483_n1466161576Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev Ukraynaya səfir təyin edilib.

Sərəncam yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli 2015-ci ilin iyunun 3-də geri çağırılıb və o vaxtdan səfir postu boşdur.