Prezident Varşavada Qani ilə görüşüb

14679691594323654401_1000x669Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 8-də Varşavada Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.