Prezident və xanımı “Sovetski”də

Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın (keçmiş “Sovetski” adlanan ərazidə) açılışı zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

Yenicag.az xəbər verir ki, dövlət başçısı və xanımı vətəndaşların problemləri ilə tanış olublar.

Bildirilib ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.

COP29