!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident xalqı təbrik etdi

!Reklam – Yazi

prezidentxestexanaBu gün müalicə üçün Moskvaya aparılan Qırğızıstan prezidenti Almazbek Atambayev ölkə vətəndaşlarını Dövlət Dili günü münasibətilə təbrik edib.

Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Əziz həmvətənlər! Bu gün biz dövlətçiliyin simvollarından biri olan Dövlət Dili gününü qeyd edirik. Sizi bu münasibətilə təbrik edirəm!”, – deyə Atambayevin təbrikində bildirilir.

Qırğızıstan lideri vurğulayıb ki, dövlət dilinin əhatə dairəsi hər il artır, qırğız dilində danışmaq prestijli iş tapmaq üçün üstünlüyə çevrilir.

Prezidentin sözlərinə görə, Qırğızıstan vətəndaşlarının ümumi hədəfi bu müsbət tendensiyaları dəstəkləmək, dövlət dilinin populyarlaşdırmağa yardım etməkdir.

Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.

“Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib”, – deyə sayta yerləşdirilən məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: “Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub”.

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv