Prezident Xələf Xələfovu təltif etdi

Prezident İlham Əliyev Xələf Xələfovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.