Prezident yeni rektor təyin etdi

İlham Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.

Yenicag.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sentyabrın 11-də sərəncam imzalayıb.

Qeyd edək ki, İlham İsa oğlu Mədətov bu vəzifəyə təyin olunanadək Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib.