!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident yeni rüsumlarla bağlı qanunu imzaladı

!Reklam – Yazi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Yenicag.az xəbər verir ki, dəyişikliklə Azərbaycanda baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib.

Qanuna əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması. Bu cür nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən-5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Bir sıra hallara görə isə rüsumlar isə artırılıb. Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat)rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün (bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, Bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.

Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

www.yenicag.az

1479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv