Prezident yeni səfiri qəbul edib

14712423azcBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirlə söhbət edib.