Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının, Bosniya və Herseqovinanın və Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirləri Apirat Suqondhabhirom,Adis Alagiç və  Elvis Antonio Alam Loranın etimadnamələrini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.