Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezident yol tikintisinə 15,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

www.yenicag.az

839
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS